Cümə 29.03.2024

Rafael Ağayev olimpiya lisenziyasını vaxtından əvvəl təmin etdi

Rafael Ağayev olimpiya lisenziyasını vaxtından əvvəl təmin etdi

Azərbaycan milli komandasının lideri Rafael Ağayev (-75 kq) Tokio 2020 Olimpiadasına vəsiqəni vaxtından əvvəl təmin edib.

Milli Karate Federasiyasının saytının verdiyi xəbərə görə, Zalsburqda Karate1 Premyer Liqa turnirində 2 qələbə qazanmaqla Olimpiya reytinq xallarını 6795-ə çatdıran idmançımız, günün nəticələrinə görə ən yaxın izləyicisi Tomas Skott (ABŞ, 5017.50 xal) və Stanislav Horunanı (Ukrayna, 4957.50) kifayət qədər qabaqlayır. Xatırladaq ki, daha bir idmançımız İrina Zaretska (+61 kq) Dubayda mövsümün 2-ci Premyer Liqa turnirində olimpiya vəsiqəsini vaxtından əvvəl təmin etmişdi.

Avropa idmançıları üçün qarşıda lisenziya xalları verən 2 yarış və Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazandıran təsnifat turniri var. 13-15 Martda karateçilər Mərakeşin Rabat şəhərində Karate1 Premyer Liqasında, 25-29 Martda Bakıda 55-ci Avropa çempionatında, 8-10 May tarixlərində isə Parisdə olimpiya çəki dərəcələrində təsnifat turnirində Olimpiadaya vəsiqə qazanmağa çalışacaqlar.

Fransadakı yarışın yarımfinalçıları yenidən öz aralarında görüş keçirəcək. Daha yüksək nəticəyə əsasən üç idmançı Olimpiadada işitirak etmək hüququna sahib olacaq. Olimpiya reytinqində xal qazanaraq ilk 4 yeri tutan idmançılar bu təsnifat turnirində çıxış etməyəcəklər.