Çərşənbə axşamı 19.03.2024

"Neftçi" büdrədi, "Qəbələ" qələbə qazandı

"Neftçi" büdrədi, "Qəbələ" qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Sonuncu oyun günündə də iki görüş keçirilib.

“Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib. Qış fasiləsindən sonra uğursuz çıxışı ilə diqqət çəkən bu komandaların duelində bölgə təmsilçisi əzmkar qələbəyə sevinib.

Turun qapanış matçında isə “Neftçi” “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda isə "ağ-qaralar" qələbəni son anda əldən veriblər.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sabah”la (0:0), “Sumqayıt” “Keşlə” ilə (2:2) heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası

XIX tur

1 mart

“Zirə” – “Qəbələ” - 1:2
Qollar: İ.Muradov, 21 - F.Lopes, 80. R.Muradov, 87.
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu

“Neftçi” – “Səbail” - 1:1
Qollar: E.D.Silva, 55 (avtoqol) - R.Əliyev, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli.
Bakı. “Bakcell Arena”