Avro-2024-ün seçmə mərhələsində 8-ci tur davam edir. Ötən gecə B, F, J qrupunda ümumilikdə 7 oyun keçirilib.
F qrupunda Azərbaycan millisi Avstriyanı qəbul edib və 0:1 hesabı ilə uduzub. Nəticədə Belçikanın ardından Avstriya da Avro-2024-ün final mərhələsinə vəsiqə əldə edib.
Qrupun Belçika - İsveç oyunu isə Brüsselin mərkəzindəki atışmada iki nəfərin həyatını itirməsinə görə təxirə salınıb. Görüşün ilk hissəsi 1:1 hesabı ilə yekunlaşmışdı.
B qrupunda Yunanıstan doğma meydanda Niderlanda 0:1 hesabı ilə məğlub olub. Eyni qrupda İrlandiya Cəbəllütariqə 4 cavabsız qolla qalib gəlib.
J qrupunda artıq final mərhələsinə vəsiqəni rəsmiləşdirmiş Portuqaliya yığması səfərdə Bosniya və Herseqovinanı darmadağın edib - 5:0. Daha bir darmadağın isə İslandiya - Lixtenşteyn görüşündə qeydə alınıb. Ev sahibləri qonaqları 4:0 hesabı ilə üstələyiblər.