Cümə axşamı 25.04.2024

Frits Ştuxlik Avropa çempionatının seçmə oyununda

Frits Ştuxlik Avropa çempionatının seçmə oyununda

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

AFFA-nın saytının verdiyi xəbərə görə, avstriyalı funksioner 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsinin Ukrayna – Şimali İrlandiya matçının hakim-inspektoru olacaq.

Görüş martın 31-də Lvov şəhərində keçiriləcək.