Cümə axşamı 18.04.2024

“Şaxtyor” və “Başakşəhər”dən qələbə, MY-dən darmadağın

“Şaxtyor” və “Başakşəhər”dən qələbə, MY-dən darmadağın

Avroliqada 1/8 final mərhələsinə start verilib. Bu gün 6 qarşılaşma keçirilib.

Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” “Kopenhagen”i qəbul edib və minimal hesabla qalib gəlib. “Mançester Yunayted” Avstriyada LASK-a 5 cavabsız qol vurub.

"İnter" - "Xetafe" və "Sevilya" - "Roma" görüşləri koronavirus epidemiyası səbəbindən təxirə salınıb.

Qeyd edək ki, cavab oyunları martın 19-da keçiriləcək.

Avropa Liqası, 1/8 final, ilk oyunlar

“Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) - 0:3
Qollar: Kampo, 27. Bua, 73. Frey, 85.
Baş hakim: Andreas Ekberq (İsveç)
Frankfurt stadium

“Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Vişça, 8-pen.
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
İstanbul. Başakşəhər Fatih Terim stadionu

LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) - 0:5
Qollar: İqalo, 28. Ceyms, 58. Mata, 82. Qrinvud, 90+2. A.Pereyra, 90+3.
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Ştadt Lints stadium

“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) - 1:1
Qollar: Əl Arabi, 54 – Neto, 67.
Baş hakim: Klemen Turpin (Fransa)
Pirey. Georgios Karaiskakis stadionu

“Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) - 1:3
Qollar: Edmundsson, 75 – Haverts, 37. Aranquiz, 67. Beyli, 88.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qlasqo. “Aybroks” stadionu

“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) - 1:2
Qollar: Bruks, 48 – Moraes, 17. Antonio, 73.
Baş hakim: Damir Skomina (Sloveniya)
“Volfsburq Arena”