UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarını dayandırıb. Qurumun rəsmi saytının verdiyi məlumata görə, gələn həftəyə nəzərdə tutulan bütün matçlar təxirə salınıb.
Bura martın 17-18-nə planlaşdırılan ÇL-in 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa) görüşləri, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmaları, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin bütün qarşılaşmaları daxildir.
Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.