Şənbə 27.07.2024

Azərbaycan Kuboku: bu gün I təsnifat mərhələsi çərçivəsində daha 3 matç oynanılacaq

Azərbaycan Kuboku: bu gün I təsnifat mərhələsi çərçivəsində daha 3 matç oynanılacaq

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsi davam edir.

Bu gün daha 3 qarşılaşma oynanılacaq.

II Liqa komandaları növbəti raunda vəsiqə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, I təsnifat mərhələsinə noyabrın 20-də keçiriləcək bir oyunla (“Şəfa” – “Şəmkir”) yekun vurulacaq.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

19 noyabr (bazar)

14:00. “Ağdaş” – “Cəbrayıl”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Ağdaş şəhər stadionu

14:00. “Sheki City” – “Kür-Araz”

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elman Musayev.

Şəki şəhər stadionu

14:30. “Baku Sportinq” – “Kürmük Qax”

Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Binə qəsəbə stadionu