Şənbə 27.07.2024

Serbiya millisi qitə çempionatına vəsiqə qazanıb

Serbiya millisi qitə çempionatına vəsiqə qazanıb

AVRO-2024-ün seçmə mərhələsində sonuncu - 10-cu tura start verilib.

9 oyunla A, F, G və J qruplarında mübarizəyə yekun vurulub.

Son tur ərəfəsində bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdirmişdilər. Onlara Serbiya da qoşulub. Draqan Stoykoviçin yetirmələri evdə autsayder Bolqarıstanla heç-heçə edərək, G qrupunu 2-ci pillədə tamamlayıblar.

Azərbaycan millisinin yer aldığı F qrupunda isə Belçika 1-ci, Avstriya isə 2-ci yerlə final mərhələsinə adlayıblar.

AVRO-2024, seçmə mərhələ

X tur

19 noyabr

A qrupu

23:45. Şotlandiya – Norveç 3:3

23:45. İspaniya – Gürcüstan 3:1

Xal durumu: İspaniya – 21, Şotlandiya – 17, Norveç – 11, Gürcüstan – 8, Kipr – 0.

F qrupu

21:00. Belçika – Azərbaycan 5:0

21:00. İsveç – Estoniya 2:0

Xal durumu: Belçika – 20, Avstriya – 19, İsveç – 10, Azərbaycan – 7, Estoniya - 1.

G qrupu

18:00. Macarıstan – Monteneqro 3:1

18:00. Serbiya – Bolqarıstan 2:2

Xal durumu: Macarıstan – 18, Serbiya – 14, Monteneqro – 11, Litva – 6, Bolqarıstan - 4.

J qrupu

23:45. Bosniya və Herseqovina – Slovakiya 1:2

23:45. Lixtenşteyn – Lüksemburq 0:1

23:45. Portuqaliya – İslandiya 2:0

Xal durumu: Portuqaliya – 30, Slovakiya – 22, Lüksemburq – 17, İslandiya – 10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0.