Cümə 09.05.2025

"Mançester Yunayted"dən Premyer Liqa rekordu

"Mançester Yunayted"dən Premyer Liqa rekordu

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında rekorda imza atıb.

Komanda buna 13-cü turda "Everton"u 3:0 hesabı ilə məğlub etməklə nail olub. Nəticədə "Qırmızı şeytanlar" çempionatda "quru" oyunlarının sayını 500-ə çatdırıb. Bu isə rekord deməkdir.

Bu göstəricidə 2-ci yerdə "Çelsi" (476), 3-cü pillədə isə "Liverpul"dur.

Qeyd edək ki, "Mançester Yunayted" 13 oyundan sonra 24 xal toplayıb və turnir cədvəlində 6-cı yerdədir.