Cümə axşamı 25.04.2024

Tokio Olimpiadası təxirə salındı

Tokio Olimpiadası təxirə salındı

Beynəlxalq Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilə təxirə salıb.

Qurumun rəsmi saytının verdiyi məlumata görə, səbəb koronavirus pandemiyasıdır. Bu gün BOK prezidenti Tomas Baxla Yaponiyanın baş naziri Sindzo Abe arasında məsələ müzakirə olunub. Telekonfransda digər rəsmi nümayəndələrin də fikri dinlənilib.

Qərara alınıb ki, Olimpiya məşəli Yaponiyada qalsın və yarışın adı Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları kimi saxlanılsın.

Qeyd edək ki, Yaponiya paytaxtında olimpiada bu il 24 iyul - 9 avqustda keçirilməli idi.