Bazar 11.05.2025

Premyer Liqa: 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşmədi

Premyer Liqa: 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşmədi

Misli Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Gənclik şəhəri"nin təmsilçisində 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə Roi Kehat fərqlənib. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Luis Paçu, 54-cü dəqiqədə Otto Con vurub.

"Sumqayıt" hazırda 23 xalla üçüncü, "Turan Tovuz" 16 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Araz-Naxçıvan" "Səbail"lə heç-heçə edib - 1:1. XV turun digər oyunları 3-4 dekabrda olacaq.