Çərşənbə axşamı 30.04.2024

Liderlə autsayder fərqli qütblərdə

Liderlə autsayder fərqli qütblərdə

Azərbaycan Premyer Liqasının 20 turunun 80 oyununu 80 min 630 tamaşaçı izləyib. Peşəkar Futbol Liqasının verdiyi xəbərə görə, bu qarşılaşmalarda orta göstərici 1008-ə bərabər olub. Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidir.

Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dır. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.

Qeyd edək ki, ən çox tamaşaçı IV turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7000. III turun “Qəbələ” – “Keşlə” (0:4), X turun “Sabah” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.

1

Qarabağ

16600

10

1660

2

Sabah

11950

9

1328

3

Neftçi

14000

11

1273

4

Sumqayıt

11500

10

1150

5

Keşlə

8400

10

840

6

Zirə

7400

10

740

7

Səbail

6750

10

675

8

Qəbələ

4030

10

403

Cəmi

80630

80

1008