Şənbə 20.04.2024

BOK Tokio Olimpiadasının yeni tarixini açıqladı

BOK Tokio Olimpiadasının yeni tarixini açıqladı

Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı bəlli olub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı açıqlama yayıb.

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan yarış iyulun 23-də start götürəcək. Yaponiya paytaxtındakı Olimpiada avqustun 8-dək davam edəcək.

Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, Tokio-2020-nin iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.