Cümə axşamı 28.03.2024

"Bayern Münhen"də yeni müqavilə

"Bayern Münhen"də yeni müqavilə

"Bayern Münhen" klubu Tomas Müllerlə müqavilənin müddətini uzadıb.

Bundesliqa təmsilçisinin rəsmi saytını verdiyi xəbərə görə, 31 yaşlı hücumçu ilə 2023-cü ilin iyununadək yeni sözləşmə əldə olunub.

Qeyd edək ki, Tomas Mülllər bu mövsüm bütün turnirlər daxil olmaqla, 36 oyunda iştirak edib, 10 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

2007-ci ildən "Bayern Münhen"də oynayan futbolçu 8 dəfə Almaniya çempionu olub, 5 dəfə ölkə kuboku və super kuboku qazanıb. 2013-cü ildə isə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.