Cümə 29.03.2024

Teymur Rəcəbov onlayn turnirdə məğlub oldu

Teymur Rəcəbov onlayn turnirdə məğlub oldu

Şahmatçımız Teymur Rəcəbov bu gün start götürən “Pepe Cuenca Invitational” onlayn şahmat turnirində məğlub olub.

8 şahmatçının mübarizə apardığı yarışda Rəcəbovun ilk rəqibi ispaniyalı David Anton olub. Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. Görüş rəqibin qələbəsi ilə başa çatıb — 7:6. Şahmatçımız 13 turdan 3-də, ispan şahmatçısı isə 4-də qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.

David Anton növbəti mərhələdə Santoş Vidit (Hindistan) – Pyotr Svidler (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, aprelin 15-də yarımfinal, 17-də isə final qarşılaşmaları keçiriləcək.