Velosiped üzrə çoxgünlük "Tur de Frans" yarışı koronavirus pandemiyasına görə təxirə salınıb.
Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi saytının verdiyi xəbərə görə, yarış 29 avqust - 20 sentyabrda təşkil ediləcək. Turnir 27 iyun - 19 iyulda keçirilməli idi.
Qeyd edək ki, daha öncə "Tur de Frans"ın baş direktoru Kristian Pryudom yarışın tam ləğvini və ya tamaşaçısız keçirilməsini düşünmədiyini açıqlayıb.