Şənbə 20.04.2024

Şahmat üzrə Azərbaycan Kubokunun qalibi məlum oldu

Şahmat üzrə Azərbaycan Kubokunun qalibi məlum oldu

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkil etdiyi internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kubokuna yekun vurulub.

AŞF-nin mətbuat xidmətindən verilən məlumata görə, 106 şahmatçının qeydiyyatdan keçdiyi yarışda 92 şahmatçı mübarizə aparıb.

17 turdan ibarət Azərbaycan Kubokunun qalibi Eltac Səfərli olub. Azərbaycan millisinin üzvü və Avropa çempionu 14 xal toplamaqla hamını qabaqlayıb. Hərəyə 13.5 xal yığan milli üzvləri Rauf Məmmədovla Qədir Hüseynov ikinci və üçüncü yeri tutub.

Mükafata layiq görülən ilk 14 yerin sahibləri:

1. Eltac Səfərli - 14 xal
2. Rauf Məmmədov - 13,5
3. Qədir Hüseynov - 13,5
4. Nicat Abasov - 13
5. Aydın Süleymanlı - 11,5
6. Ülvi Sadıqlı - 11,5
7. Vüqar Rəsulov - 11,5
8. Nail Bəşirli - 11,5
9. Vüqar Əsədli - 11,5
10. Misrətdin İsgəndərov - 11
11. Məhəmməd Muradlı - 10,5
12. Namiq Quliyev 10,5
13. Abdulla Qədimbəyli - 10,5
14. Zaur Bayramov - 10,5

Reqlamentə əsasən qadınlar arasında ən yaxşı nəticə göstərən altı şahmatçı - Gövhər Beydullayeva (30-cu yer; 9,5 xal), Günay Məmmədzadə (9,5 xal), Gülnar Məmmədova (9 xal), Xəyalə Abdulla (9 xal), Səbinə İbrahimova (9 xal) və Nərmin Xələfova (8,5 xal) pul mükafatı qazanıb.

16 yaşadək və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən Süleyman Süleymanlı (2006-cı il təvəllüdlü, 10 xalla 23-cü yer),Tunar Davudov (2009-cu il;10 xal), Cahandar Azadəliyev (2010-cu il; 9,5 xal) və Şiroğlan Talıbov (2006-cı il, 8,5 xal) pul mükafatlarına layiq görülüb.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3 000 manat qazanıb. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1 000 manat əldə edib.