Cümə axşamı 25.04.2024

Çempionlar Liqasında oyunların yeni təqvimi

Çempionlar Liqasında oyunların yeni təqvimi

UEFA-nın koronavirus səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqasının oyunları ilə bağlı planlaşdırdığı yeni təqvimi müəyyənləşib.

"Corriere dello Sport'"un verdiyi xəbərə görə, qitənin bir nömrəli klub turnirində 1/8 final mərhələsinin oyunları tamamlandıqdan dərhal sonra 1/4 finalın püşkü atılacaq.

Məlumata görə, bu mərhələnin qarşılaşmaları 11-15 avqustda, yarımfinal görüşləri 18 - 22 avqustda olacaq. Final matçının isə avqustun 29-da təşkil olunacağı qeyd edilib.

ÇL-də 1/8 finalın qalan matçları

"Yuventus" - "Lion"
"Mançester Siti" - "Real" Madrid
"Barselona" - "Napoli"
"Bayern Münhen" - "Çelsi"

ÇL-də 1/4 finala yüksələn komandalar

PSJ
"Atalanta"
"Atletiko"
"Leypsiq"