Çərşənbə 17.04.2024

UEFA-dan milli çempionatlar və avrokuboklarla bağlı rəsmi açıqlama

UEFA-dan milli çempionatlar və avrokuboklarla bağlı rəsmi açıqlama

Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Videokonfrans formatında təşkil edilən toplantıda həm daxili yarışlar, həm də avrokuboklarla bağlı məsələlərə baxılıb.

Qurumun rəsmi saytının məlumatına görə, yığıncaqda işçi qruplarının yarışlarla bağlı təklif etdiyi 2 variant müzakirə olunub.

Birincisi daxili yarışlar və avrokubokların paralel şəkildə başa çatdırılması məsələsidir. Digəri isə milli çempionatların avrokuboklardan əvvəl başlamasıdır. Çempionlar Liqası və Avropa Liqası oyunlarının isə avqustda keçirilməsi planşaldırılır.

Videokonfransda milli assosiasiyalara yerli liqaları bitirmək üçün bütün mümkün variantlardan istifadə etmək tövsiyə olunub. Bildirilib ki, daxili yarışları hazırkı formatla bitirmək mümkün olmayacağı təqdirdə klubların avrokuboklarda iştirakının idman prinsipləri əsasında müəyyənləşdirilməsi üçün başqa formatlardan istifadə oluna bilər.

Prosedur obyektiv, şəffaf qaydada və ayrıseçkilik etmədən aparılmalıdır. Hazırda liqalardakı mövcud turnir vəziyyətinə görə komandalar Çempionlar Liqası və Avropa Liqasında iştirak edə bilərlər:

Milli çempionatlar yalnız iki halda erkən yekunlaşa bilər: Növbəti mövsümün başlanğıcınadək hazırkı yarışların başa vurulmasına imkan verməyən, idman yarışlarının ləğvinə dair rəsmi sərəncam olduqda və qarşısıalınmaz maddi problemlər mövsümün yekunlaşdırılmasına imkan vermədikdə.

Klub yarışları üçün yerlərin müəyyənləşdirilməsini milli səviyyədə müvafiq səlahiyyətli orqanlar təsdiqləməlidirlər.