Cümə 26.04.2024

İtaliyada mayın 4-dən fərdi məşqlərə icazə veriləcək

İtaliyada mayın 4-dən fərdi məşqlərə icazə veriləcək

İtaliyada koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirləri rəsmən yumşaldılıb. "La Gazzetta dello Sport"un verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Cüzeppe Konte açıqlama verib.

O, qeyd edib ki, mayın 4-dən oyunçulara fərdi məşqlərə, mayın 18-dən isə komandalara məşq etməyə icazə veriləcək:

"Mayın 4-dən açıq havada, parklarda, ən azı iki metrlik distansiyaya riayət etməklə, idmanla məşğul olmaq mümkün olacaq. İdmançılar həmçinin fərdi intizamla idman mərkəzlərində, amma məsafə qaydalarına riayət etməklə məşq edə bilərlər.

Peşəkar futbol klubları və başqa idman növlərinin komandalarının məşqləri mayın 18-dən başlayacaq. Yaxın günlərdə biz idman naziri Vinçenso Spadafora ilə çempionatın yenilənməsi haqda müzakirəni davam etdirəcəyik.

Biz hamımız azarkeşik, amma bizim qəyyumluq altında olanların sağlamlığını müdafiə etməyə hərtərəfli məcburuq".