Cümə axşamı 25.04.2024

UEFA AFFA-ya maliyyə yardımı ayırdı

UEFA AFFA-ya maliyyə yardımı ayırdı

UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan 55 milli assosiasiyaya maliyyə yardımı ayırıb.

Qitə futbol qurumunun rəsmi saytının verdiyi xəbərə görə, vəsait ümumilikdə 236,5 milyon avro təşkil edir.

Bildirilib ki, məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə assosiasiyalar arasında bölüşdürüləcək.

Hər federasiyanın hesabına 4,3 milyon avro məbləğində vəsait köçürüləcək.