Cümə axşamı 25.04.2024

Ronaldu iki həftə karantində olacaq

Ronaldu iki həftə karantində olacaq

"Yuventus”un hücumçusu Kriştianu Ronaldu İtaliyaya gedib. “Football Italia”nın verdiyi xəbərə görə, portuqaliyalı futbolçunun şəxsi “Gulfstream G200 Galaxy” təyyarəsi ötən axşam Turinə enib.

Ronaldu iki həftə karantində olacaq. O, bundan sonra komanda ilə məşqlərə başlaya biləcək.

Ulduz futbolçu insult keçirmiş anasına baş çəkmək üçün martda İtaliyanı tərk edib. Sonra oyunçu koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin səbəbindən ailəsi ilə birlikdə Madeyra adasında qalıb.

Yaxın günlərdə "Yuventus"un digər legionerləri - Qonsalo İquain, Duqlas Kosta, Aleks Sandro, Danilo, Voytsex Şensnı, Adrien Rabyo, Sami Xedira, Matteys de Liqt və Blez Matyuidinin də Turinə yollanacağı bildirilir.

Xatırladaq ki, İtaliyada mayın 4-dən etibarən komandalara fərdi məşqlər keçməyə icazə verilib. Mayın 18-dən etibarən isə hazırlıqlar komanda şəklində olacaq.