Şənbə 20.04.2024

UEFA AVRO-2020-nin biletlərinin qaytarılmasına başladı

UEFA AVRO-2020-nin biletlərinin qaytarılmasına başladı

AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet əldə edən azarkeşlər bu gündən etibarən pullarını geri ala bilərlər. UEFA-nın rəsmi saytının verdiyi xəbərə görə, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır.

Daha əvvəl alınan biletlərin 2021-ci ildəki turnir üçün etibarlı olacağı vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.