Cümə 19.04.2024

Türkiyə Super Liqasının bərpa tarixi açıqlandı

Türkiyə Super Liqasının bərpa tarixi açıqlandı

Türkiyə Super Liqasının bərpa vaxtı məlum olub. Bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir videokonfrans formatında keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, Superliqa ilə yanaşı, birinci, ikinci və üçüncü liqanın matçları iyunun 12, 13 və ya 14-də start götürəcək.

Federasiya rəhbəri hazırkı şərtlər əsasında və səhiyyə naziri Fahrettin Koca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib.

Özdəmir çempionatı 26 iyulda tamamlayacaqlarına və avqustda Çempionlar Liqasının finalını təşkil edəcəklərinə ümidvar olduğunu dilə gətirib.

Qrum rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilib-keçirilməyəcəyinin isə Səhiyyə Nazirliyi ilə aparılacaq müzakirələrdən sonra bəlli olacağını vurğulayıb.