Cümə 29.03.2024

Almaniya Bundesliqası Rur derbisi ilə bərpa olunacaq

Almaniya Bundesliqası Rur derbisi ilə bərpa olunacaq

Almaniya Bundesliqasının bərpa olunacağı tarix dəqiqləşib. Almaniya Futbol Liqası çempionatın mayın 16-da bərpa olunacağını açıqlayıb. Çempionatın iyunun 30-da başa çatdırılması planlaşdırılır.

Mayın 16-da “Borussiya Dortmund” və “Şalke” komandaları Rur derbisində üz-üzə gələcək. “Leypsiq” isə doğma meydanda “Frayburq” komandasını qəbul edəcək. Turnir cədvəlinin lideri “Bayern Münhen” isə səfərdə “Union Berlin” klubunun qonağı olacaq.

Qeyd edək ki, Bundesliqa martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.