Şənbə 27.07.2024

Balkan qış çempionatında Azərbaycan rekordu qeydə alındı

Balkan qış çempionatında Azərbaycan rekordu qeydə alındı

Tükiyənin İstanbul şəhərində Balkan qış çempionatı keçirilib.

Yarışda Azərbaycan millisinin heyətində ən yaxşı nəticəyə Lamiyə Vəliyeva atıb.

O, 400 m məsafəyə qaçışda 56,14 saniyə göstərici ilə 8-ci yeri tutub. Bu, U-23 və böyüklər arasında yeni Azərbaycan rekordudur. Lakin hələlik təsdiqini gözləyir.

Digər idmançılarımızdan Yekaterina Sarıyeva (üçtəkanla tullanma) zədə səbəbindən mübarizəni yarımçıq dayandırıb, Rüstəm Məmmədov 10-cu (üçtəkanla tullanma, 15,28 m), Kəsgin Abbaszadə 13-cü (uzunluğa tullanma, 7,07 m) və Əlhəm Nağıyev 16-cı (60 m məsafəyə qaçış, 7,01 san) yeri tutub.