Şənbə 27.07.2024

Misli Premyer Liqası: "Sabah" "Qarabağ"ın 10 oyunluq qələbə seriyasına son qoydu

Misli Premyer Liqası: "Sabah" "Qarabağ"ın 10 oyunluq qələbə seriyasına son qoydu

Misli Premyer Liqasında 22-ci tura start verilib

İlk oyun günündə 1 matç keçirilir. Lider “Qarabağ” 5-ci pillədəki “Sabah”ı qəbul edir. Görüş saat 19:00-da başlayıb.

Sözügedən komandalar bu ay Azərbaycan kubokunun 1/4 finalında da üz-üzə gəliblər. Ağdam təmsilçisi 2 oyunun nəticəsinə (7:1, 3:4) əsasən yarımfinala yüksəlib.

Qeyd edək ki, turun digər qarşılaşmaları 12-13 fevral tarixlərində keçiriləcək.

22-ci tur

11 fevral (bazar)

19:00. “Qarabağ” – “Sabah” - 3:3

Qollar: Marko Yankoviç, 31-pen. (1:0), İshak Belfodil, 45+1-pen. (1:1), 54-pen. (1:2), Olavio Juninyo, 64-pen. (2:2), Tellur Mütəllimov, 90+5 (2:3), Yassin Benzia, 90+7 (3:3)
Tofiq Bəhramov adına Respublika Stadionu