Çərşənbə 24.04.2024

Futbolda 5-ci əvəzetmə qaydası rəsmiləşdi

Futbolda 5-ci əvəzetmə qaydası rəsmiləşdi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlar zamanı əvəzetmə qaydalarına dəyişikliyi təsdiqləyib.

Yeni qaydalara əsasən, 31 dekabr 2020-ci il tarixinə qədər başa çatdırılması nəzərdə tutulan turnirlərdə hər komanda oyun ərzində 5 əvəzetmədən istifadə edə bilər.

Bu yeniliyi tətbiq etmək məcburi deyil və qərar federasiyalarla konfederasiyaların öhdəliyinə buraxılır. Oyun ərzində əvəzetmələr 3 dəfəyə gerçəkləşdirilməlidir. Bunu fasilədə də etməyə icazə verilir.

5 əvəzetmədən həm hazırda davam edən Belarus çempionatı, həm də bərpa olunacaq liqalarda istifadə oluna bilər.

Xatırladaq ki, FIFA milli assosiasiyalara mövsüm bərpa olunacağı təqdirdə çempionat oyunlarında müvəqqəti olaraq beş əvəzetmə tətbiq olunmasını təklif etmişdi.