Çərşənbə 09.10.2024

Futbol üzrə millimiz FİFA reytinqində bir pillə irəliləyəcək

Futbol üzrə millimiz FİFA reytinqində bir pillə irəliləyəcək

Bu həftə milli komandaların FİFA reytinqi açıqlanacaq.

Yığmaların 2024-cü ilin ilk siyahısında mövqeləri indidən bəllidir.

Azərbaycan millisi fevralın 15-də dərc olunacaq cədvəldə 113-cü olacaq. Baş məşqçisiz yığmamızın hesabında 1174,22 xal qalacaq.

Hesabat dövründə heç bir matça çıxmayan millimiz bir pillə irəliləyəcək. Buna səbəb Livan, Hindistan, Qvineya-Bissaunun xal itkiləri, Namibiya və Anqolanın böyük sıçrayışıdır. Üç yığmanı keçən, ikisindən geri düşən komandamız nəticədə 113-cü sırada qərarlaşacaq.

Qeyd edək ki, Argentina 1855,20 xalla liderliyini qoruyacaq.