Şənbə 27.07.2024

"Səbail" 2024-cü ildə ilk qələbəsini qazandı

"Səbail" 2024-cü ildə ilk qələbəsini qazandı

Misli Premyer Liqasında 22-ci turun daha bir görüşü keçirilib.

Qəbələ şəhər stadionunda baş tutan matçda "Kəpəz" ilə "Səbail" kollektivləri münasibətlərə aydınlıq gətiriblər. 4 qolun vurulduğu qarşılaşma "Səbail"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Gəncə təmsilçisindən Junior Martins (29), "dənizçilər"dən isə Aleksandr Ramalinqom (45+6 pen), Rüfət Abdullazad (51,90) və yeni transfer Süleyman Alluş vurub.

Qeyd edək ki, tura fevralın 13-də keçiriləcək 3 matçla yekun vurulacaq.