Çərşənbə axşamı 23.04.2024

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı transferləri

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı transferləri

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı 10 transferi bəlli olub. Bu barədə nüfuzlu ESPN nəşri araşdırma aparıb.

Siyahıya “Mançester Yunayetd”in “Sportinq”dən transfer etdiyi Brunu Fernandeş başçılıq edir. Bunun əsas səbəbi onun komandaya qoşulmasından sonra "qırmızı şeytanlar"ın əla oyun sərgiləməsi və Brununun özünün ardıcıl iştirak etdiyi qarşılaşmalarda matçın ən yaxşısı seçilməsi faktıdır. O, qısa müddətdə ayın oyunçusu seçilməyi də bacarıb. Brununu Mançester klubunun son illərdə ən uğurlu transferidir desək, tam yerinə düşər.

2-ci yerin sahibi Denni İnqsdir. 2015-ci ildən “Liverpul”a məxsus olan futbolçu son illər “Sauthempton” klubunda icarə əsasında çıxış edirdi. 2019/2020 mövsümü öncəsi isə klub onu "Liverpul"dan birdəfəlik alaraq heyətinə qatdı. Denni İnqs isə öz növbəsində bu ümidləri doğruldaraq komandasının əsas qol silahlarından birinə çevrilib. Ona görə də bu keçidi klub üçün uğurlu transfer saymaq olar.

Siyahıda ilk "3-lüy"ü isə Qari Keyhl tamamlayır. 35 yaşlı müdafiəçi uzun illər "Çelsi"nin şərəfini qoruyub. Mövsümün əvvəlində isə "zadəganlar"ı tərk edərək digər Premyer Liqa təmsilçisi "Kristal Pelas"ın sıralarına qoşulub. Buradakı çıxışını mütəxəssislər yüksək dəyərləndiriblər və bu səbəbdən məşhur ESPN dərgisi də öz siyahısında Qarinin bu keçidini ən uğurlulardan hesab edir.

Reytinq futbolçunun oyuna təsiri ilə onun üçün ödənilən məbləğ arasındakı nisbətə əsaslanıb.

1. Brunu Fernandeş. "Sportinq" (Portuqaliya) → "Mançester Yunayted" (55 milyon avro)

2. Denni İnqs. "Liverpul" → "Sauthempton" (22,2 milyon avro)

3. Qari Keyhl. "Çelsi" → "Kristal Pelas" (azad agent)

4. Qabriel Martinelli. "İtuano" (Braziliya) → "Arsenal" (6,7 milyon avro)

5. Harri Maquayr. "Lester" → "Mançester Yunayted" (87 milyon avro)

6. Ceyms Makkarti. "Everton" → "Kristal Pelas" (3,3 milyon avro)

7. Nil Mope. "Brentford" → "Brayton" (22 milyon avro)

8. Aaron Van-Bissaka. "Kristal Pelas" → "Mançester Yunayted" (55 milyon avro)

9. Mateo Kovaçiç. "Real Madrid" (İspaniya) → "Çelsi" (45 milyon avro)

10. İsmaila Sarr. "Renn" (Fransa) → "Uotford" (30 milyon avro)