Cümə 29.03.2024

Şahmat üzrə Millətlər Kubokunu Çin qazandı

Şahmat üzrə Millətlər Kubokunu Çin qazandı

Şahmat üzrə Millətlər Kubokunda superfinal mərhələsi təşkil edilib. Onlayn təşkil edilən turnirin qrup mərhələsini 17 xalla lider kimi başa vuran Çin komandası həlledici görüşdə Amerika Birləşmiş Ştatları yığması ilə üz-üzə gəlib.

Din Liren Hikaru Nakamura ilə, İrina Kruş Hou İfanla heç-heçə edib. Fabiano Karuana Vey Yi, Yu Yani isə Uesli So üzərində qələbə qazanıb. Qarşılaşma bərabərliklə yekunlaşıb – 2:2. Ancaq qaydalara əsasən, qrup mərhələsini birinci yerdə bitirmiş kollektiv qalib elan edilib. Belə olan halda, Çin seçməsi çempion olub.

Qeyd edək ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması turniri 4 xalla sonuncu yerdə başa vurub. Şahmatçımız yarışda yeganə qələbəsini Rusiya komandası ilə görüşdə Vladislav Artemyovu məğlub edərək əldə edib.

6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.