Azərbaycan Güləş Federasiyası (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezident və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Aliomarov vəfat edib. Bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.
O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin 68 yaşlı çalışdırıcısı Mahaçqaladakı klinikaların birində koronavirusdan dünyasını dəyişib.
2008 - 2017-ci illərdə o, AGF-də sərbəst güləş üzrə vitse-prezident vəzifəsində çalışıb. Əliömərov Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Dağıstanlı mütəxəssis 2019-cu ildən Rusiyanın qadınlardan ibarət yığmasının baş məşqçisi kimi fəaliyyət göstərirdi.