Şənbə 20.04.2024

AFFA-dan klublara koronavirusla bağlı tövsiyə

AFFA-dan klublara koronavirusla bağlı tövsiyə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə bu həftə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi verəcək. Bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bununla yanaşı, AFFA Premyer Liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb.