Cümə 26.04.2024

Şəhriyar Məmmədyarov onlayn turnirdə 4-cü oldu

Şəhriyar Məmmədyarov onlayn turnirdə 4-cü oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov onlayn "Steinitz Memorial" turnirində çıxış edib.

Yarışda 10 qrossmeyster 2 dövrəlik mübarizə aparıb. Şahmatçımız son 6 turda rusiyalı Piter Svidler, ABŞ şahmatçı Cefri Şonq, ispaniyalı David Quiyarro ilə heç-heçə edib. Vyetnamlı Le Kuanq Lyoma qalib gələn Şəhriyar ukraynalı Anton Korobov və Rusiyanın daha bir təmsilçisi Aleksandr Qrişuka məğlub olub.

Dünya çempionu Maqnus Karlsen 12 xalla 1-ci yeri tutub. Sonrakı iki yeri Rusiya təmsilçiləri tutub. Daniil Dubov 10 xalla 2-ci, Petr Svidler 9,5 xalla 3-cü olub. Məmmədyarov isə ABŞ şahmatçısı Cefferi Şonq və vyetnamlı Le Kuanq Lyomla birgə hərəyə 9 xalla 4-6-cı yerləri bölüşüb.

Ümumi mükafat fondu 30 min avro olan turnir FIDE-nin və "chess24.com"un təşkilatçılığı ilə keçirilib.