Çərşənbə 24.04.2024

BƏƏ klubu Almeyda ilə yollarını ayırır

BƏƏ klubu Almeyda ilə yollarını ayırır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə yollarını ayıracaq. Yerli mətbuatın məlumatına görə, Abu-Dabi təmsilçisi yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməyəcək.

31 yaşlı oyunçu ilə yanaşı, həmyerliləri Ze Roberto və Luis Antonio da klubu tərk edəcək. Hər 3 futbolçunun ümidləri doğrultmadığı üçün komandadan göndəriləcəyi bildirilib.

Qeyd edək ki, qış fasiləsində "Qarabağ"dan "Baniyas"a keçən Almeyda BƏƏ klubu ilə 6 aylıq müqavilə imzalamışdı.