Bu gün UEFA Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.
Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Bayer”lə görüşəcək.
Bu mərhələyə yüksəlməklə tarixi nəticəyə imza atan Qurban Qurbanovun yetirmələri 1/4 finala vəsiqə üçün mübarizə aparacaq. Cari mövsümün 36 matçında uduzmayan rəqiblə Bakıda heç-heçə edən Ağdam klubu Leverkuzendə də uğurlu nəticə qazanmağa çalışacaq.
Qeyd edək ki, “Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:55-dan etibarən "CBC Sport"la canlı yayımlanacaq.
UEFA Avropa Liqası
1/8 final, cavab oyunu
14 mart
23:55. “Bayer” – “Qarabağ”
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2