Bu gün UEFA Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşəcək. Avropanın 1 nömrəli klub turnirindəki püşkatma mərasimi saat 15:00-dan etibarən "CBC Sport"la canlı yayımlanacaq.
Bununla yanaşı, UEFA Avropa Liqasının 1/8 final mərhələsində təmsilçimiz "Qarabağ"ın məğlub olduğu "Bayer Leverkuzen"in də (4:5) rəqibi bəlli olacaq. UEFA Avropa Liqasının püşkatma mərasimi bu gün saat 16:00-da kanalımız vasitəsilə yayımlanacaq. 1 saat sonra isə UEFA Avropa Konfrans Liqasının 1/4 cütlərinin adına aydınlıq gələcək.
Qeyd edək ki, püşkatma mərasimləri "CBC Sport"un əsas YouTube kanalı vasitəsilə də canlı yayımlanacaq.