Şənbə 20.04.2024

"Bayern Münhen" və Levandovski yeni rekorda imza atdılar

"Bayern Münhen" və Levandovski yeni rekorda imza atdılar

Almaniya Bundesliqasının 30-cu turunda "Bayern Münhen" səfərdə “Bayer”ə 4:2 hesabıyla qalib gəlib.

Münhen təmsilçisi 4 qol sayəsində cari mövsümdə rəqib qapılarından keçirdiyi topların sayını 90-a çatdırıb. Bu isə Almaniya çempionatları tarixində yeni rekorddur. Münhenlilər bu məhsuldarlığa 30 oyuna nail olublar. Daha öncə Bundesliqada heç bir komanda 30 oyuna bu qədər qola imza atmamışdı.

Sözügedən qarşılaşma Münhen təmsilçisinin hücumçusu Robert Levandovski üçün də əlamətdar olub.

Belə ki, matçın 66-cı dəqiqəsində rəqib qapısına yol tapan Polşa yığmasının forvardı bu mövsüm vurduğu qolların sayını 44-ə çatdırmaqla karyerasının yeni rekorduna imza atıb.

Xatırladaq ki, 31 yaşlı hücumçunun əvvəlki rekordu 2016/17 mövsümünə təsadüf edir. O, həmin mövsümdə rəqib qapılarına 43 dəfə yol tapmışdı.

“Bayern Münhen” ardıcıl 9-cu qələbəsini qazanaraq, xalını 70-ə çatdırıb və liderliyini daha da möhkəmlədib.