Çərşənbə 24.04.2024

"Qarabağ"dan 5 cavabsız qol

"Qarabağ"dan 5 cavabsız qol

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" və "Sabah" komandaları arasında yoxlama oyunu keçirilib.

Koronavirus pandemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejimi dövründəki ilk matç “Bank Respublika Arena”da təşkil olunub.

Ağdam klubunun üstünlüyü şəraitində keçən oyun qonaqların qələbəsiylə başa çatıb.

Qeyd edək ki, iyunun 14-də ikinci yoxlama matçı çərçivəsində “Qarabağ” “Səbail”lə, “Sabah” isə “Zirə” ilə üz-üzə gəlməyi planlaşdırır.

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümü iyunun 21-də qaldığı yerdən davam etdiriləcək.

Yoxlama oyunu

9 iyun

"Sabah" – "Qarabağ" - 0:5
Qollar: Mahir Emreli, 3; 65. Xayme Romero, 14. Filip Ozobiç, 37. Ovusu Kvabena, 90+1
Qırmızı vərəqə: Mario Marina ("Sabah")