İspaniya La Liqasında mövsümün qalan hissəsi bərpa olunub.
XXVIII turun ilk oyun günündə "Sevilya" və "Betis" komandaları üz-üzə gəlib. "Ramon Sançes Pisxuan" stadionunda azarkeşsiz təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
İlk yarıda qapılara qol vurulmayıb. 56-cı dəqiqədə Lukas Okampos penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə isə Fernando ikinci qolun müəllifi olub.
Bu qələbə sayəsində xalını 50-yə çatdıran "Sevilya" 3-cü pillədədir. "Betis" isə 33 xalla 12-cidir.
Turun bütün görüşləri "CBC Sport"la canlı yayımlanır.
İspaniya La Liqası
28-ci tur
12 iyun
"Sevilya" – "Betis" - 2:0
Qollar: Okampos, 56. Fernando, 62.
21:30. "Qranada" – "Xetafe"
13 iyun
00:00. "Valensiya" – "Levante"
16:00. "Espanyol" – "Alaves"
19:00. "Selta" – "Vilyarreal"
21:30. "Leqanes" – "Valyadolid"
14 iyun
00:00. "Malyorka" – "Barselona"
16:00. "Atletik" – "Atletiko"
21:30. "Real" – "Eybar"
15 iyun
00:00. "Real Sosyedad" – "Osasuna"