Cümə axşamı 28.03.2024

Azərbaycan Premyer Liqası klublarının növbəti sınaqları

Azərbaycan Premyer Liqası klublarının növbəti sınaqları

Azərbaycan Premyer Liqasında çıxış edən klublar bu gün növbəti dəfə yoxlama oyunları keçirəcək.

Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra ilk sınaq matçında "Keşlə"yə 3:1 hesabı ilə qalib gələn "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edəcək. Saat 19:00-da başlayacaq matç "CBC Sport"la canlı yayımlanacaq.

Bir neçə gün öncə "Qarabağ"a 0:5 hesabı ilə uduzan "Sabah"ın budəfəki rəqibi "Zirə" olacaq. "Bank Respublika Arena"dakı matçın da başlama saatı 19:00-dır.

Günün son qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail"lə üz-üzə gələcək. Görüş saat 19:30-da start götürəcək.

Yoxlama oyunları

13 iyun

19:00. "Neftçi" - "Qəbələ"
"Bakcell Arena"

19:00. "Sabah" - "Zirə"
"Bank Respublika Arena"

19:30. "Qarabağ" - "Səbail"
Tofiq Bəhramov adına Respubliika Stadionu