UEFA Avropa Liqasının qrup mərhələsinə start verilib.
İlk turda Azərbaycanın yeganə təmsilçisi "Qarabağ"ın İspaniya "Sevilya"sına 0:3 hesabı ilə uduzduğu A qrupunun digər matçında Lüksemburq "Düdelanj"ı Kiprdə APOEL üzərində əzmkar qələbəyə nail olub - 4:3.
Türkiyə təmsilçilərindən "Trabzonspor" İspaniyada "Xetafe"yə minimal hesabla uduzub. "Beşiktaş" Slovakiyanın paytaxtı Bratislavada "Slovan"a son dəqiqə qolları ilə uduzub - 2:4. "İstanbul Başakşehir" də İtaliyada "Roma" ilə görüşdə 4 top buraxıb.
Avropa Liqası
19 sentyabr
A qrupu
APOEL (Kipr) – Düdelanj (Lüksemburq) - 3:4
Qollar: Pavloviç, 54; 58. Tomas De Vinsenti, 56-pen. - Sinani, 36; 82. Bernye, 51. Ştolts, 72.
Qarabağ (Azərbaycan) – Sevilya (İspaniya) - 0:3
Qollar: Çiçarito, 62. Əl-Haddadi, 78. O.Torres, 85.
B qrupu
Dinamo (Kiyev, Ukrayna) – Malmö (İsveç) - 1:0
Qol: Buyalski, 84.
Kopenhagen (Danimarka) – Luqano (İsveçrə) - 1:0
Qol: M.Santos, 50.
C qrupu
Bazel (İsveçrə) – Krasnodar (Rusiya) - 5:0
Qollar: Bua, 9; 40. Zuffi, 52. Vilyena, 55 (avtoqol), Okafor, 79.
Xetafe (İspaniya) – Trabzonspor (Türkiyə) - 1:0
Qol: Anxel, 18.
D qrupu
PSV (Hollandiya) – Sportinq (Portuqaliya) - 3:2
Qollar: Malen, 19. Koates, 25 (avtoqol) Baumqartl, 48 – B.Fernandes, 38-pen. Mendeş, 82.
LASK (Avstriya) – Rusenborq (Norveç) - 1:0
Qol: Holland, 45+3.
E qrupu
Renn (Fransa) – Seltik (Şotlandiya) - 1:1
Qollar: Nyanq, 38-pen. - Kristi, 59-pen.
ÇFR (Kluj, Rumıniya) – Latsio (İtaliya) - 2:1
Qollar: Dyak, 41. Omrani, 75 - Bastos, 25.
F qrupu
Ayntraxt (Frankfurt, Almaniya) – Arsenal (İngiltərə) - 0:3
Qollar: Uillok, 38. Saka, 85. Obameyanq, 88.
Standard (Belçika) – Vitoriya (Portuqaliya) - 2:0
Qollar: Hanen, 66 (avtoqol). Mpoku, 90+1.
G qrupu
Portu (Portuqaliya) – Yanq Boyz (İsveçrə) - 2:1
Qollar: Soares, 8; 29 - Nsame, 15-pen.
Reyncers (Şotlandiya) – Feyenoord (Hollandiya) - 1:0
Qol: Ojo, 24.
H qrupu
Ludoqorets (Bolqarıstan) – ÇSKA (Rusiya) - 5:1
Qollar: Vanderson, 48. Lukoki, 50. Keşeru, 52; 69; 73-pen. - Diveyev, 11.
Espanyol (İspaniya) – Ferentsvaroş (Macarıstan) - 1:1
Qollar: Varqas, 60 – X.Lopes, 10 (avtoqol)
I qrupu
Volfsburq (Almaniya) – Aleksandriya (Ukrayna) - 3:1
Qollar: Arnold, 20. Mehmedi, 24, Brekalo, 67 - Banada, 66.
Gent (Belçika) – Sent-Etyen (Fransa) - 3:2
Qollar: David, 2; 43. Perren, 64 - Xəzri, 38. Kaminski, 75 (avtoqol)
J qrupu
Roma (İtaliya) – Başakşəhər (Türkiyə) - 4:0
Qollar: Kaysara, 42-öz qapısına. Dzeko, 58. Zaniolo, 71. Kluyvert, 90+3.
Borussiya (Münhenqladbax, Almaniya) – Volfsberq (Avstriya) - 0:4
Qollar: Vayssman, 13. Leytgeb, 31; 68. Ritsmayer, 41.
K qrupu
Vulverhempton (İngiltərə) – Braqa (Portuqaliya) - 0:1
Qol: Horta, 71.
Slovan (Slovakiya) – Beşiktaş (Türkiyə) - 4:2
Qollar: Şporar, 14; 58. Lyubiçiç, 90+3. Rarsalla, 90+4 - Lyayiç, 29-pen. Bojikov, 45+1 (avtoqol)
L qrupu
Mançester Yunayted (İngiltərə) – Astana (Qazaxıstan) - 1:0
Qol: Qrinvud, 73.
Partizan (Serbiya) – AZ Alkmaar (Hollandiya) - 2:2
Qollar: Natxo, 42-pen.; 61 - Stenqs, 13. Boadu, 67.