Çərşənbə axşamı 16.04.2024

"Azerreyl" millimizin üzvünü transfer etdi

"Azerreyl" millimizin üzvünü transfer etdi

"Azerreyl" klubu heyətini yeni voleybolçu ilə gücləndirib.

Bakı təmsilçisinin rəsmi "Facebook" səhifəsinin verdiyi xəbərə görə, komanda Azərbaycan millisinin üzvü Anastasiya Bessonovanı heyətinə qatıb.

Qeyd edək ki, “Telekom”un yetirməsi olan Bessonova Sloveniyada “Maribor” və Rumıniyada “Alba” klublarının da formasını geyinib.