Cümə axşamı 25.04.2024

Baqali Dabo ilə bağlı qərar verildi

Baqali Dabo ilə bağlı qərar verildi

"Neftçi" klubunun rəhbərliyi Baqali Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürüb. Paytaxt təmsilçisinin rəsmi saytının verdiyi xəbərə görə, "Neftçi” ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməz hesab edilib.

Ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb.

Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək.