Cümə 29.03.2024

Azərbaycan Premyer Liqasında V tura start verilir

Azərbaycan Premyer Liqasında V tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək. İlk oyun günündə iki görüş keçiriləcək.

Turun açılış matçı Sumqayıtda olacaq. Son üç turda məğlubiyyətlə üzləşən “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edəcək. Bu komandalar Premyer Liqada yalnız ötən mövsüm üz-üzə gəliblər. 4 oyunun 2-də "Sumqayıt", 1-də isə "Sabah" qələbə qazanıb. Bir qarşılaşmada qalib müəyyənləşməyib.

Günün digər matçı isə “Səbail”lə “Qəbələ” arasında təşkil ediləcək. Komandalar çempionatda 8 dəfə qarşılaşıblar. 4 oyunda "Qəbələ", 2-də isə meydan sahibləri 3 xal qazanıb. 2 qarşılaşma heç-heçə yekunlaşıb.

Turun digər oyunlarına gəlincə, sabah “Neftçi” “Keşlə” ilə üz-üzə gələcək, sentyabrın 23-də “Zirə” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

V tur

21 sentyabr

17:30 “Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev

“Sumqayıt Arena”

19:45 “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu

“ASCO Arena”