Çərşənbə 24.04.2024

Klublarımızın avrokuboklardakı rəqibləri bu tarixlərdə müəyyənləşəcək

Klublarımızın avrokuboklardakı rəqibləri bu tarixlərdə müəyyənləşəcək

UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) 2020/2021 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma mərasiminin vaxtları bəlli olub.

Çempionlar Liqasında I seçmə mərhələnin püşkü avqustun 9-da atılacaq. Həmin gün Azərbaycan çempionu "Qarabağ"ın qitənin bir nömrəli klub turnirində rəqibi bəlli olacaq.

Avqustun 10-da isə Avropa Liqasında I seçmə mərhələnin püşkü atılacaq, nəticədə “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqibləri müəyyənləşəcək.

Çempionlar Liqası püşkatmaları:

I seçmə mərhələ - 9 avqust
II seçmə mərhələ - 10 avqust
III seçmə mərhələ - 31 avqust
Pley-off mərhələsi - 1 sentyabr
Qup mərhələsi - 1 oktyabr

Avropa Liqası püşkatmaları:

I seçmə mərhələ - 10 avqust
II seçmə mərhələ - 31 avqust
III seçmə mərhələ - 1 sentyabr
Pley-off mərhələsi - 18 sentyabr
Qrup mərhələsi - 2 oktyabr.