Cümə 26.04.2024

"Qarabağ" üç futbolçu ilə yolları ayırdı

"Qarabağ" üç futbolçu ilə yolları ayırdı

"Qarabağ" klubu üç futbolçusu ilə vidalaşıb.

Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, ölkə çempionu qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yollarını ayırıb.

Vaqner da Silva 2018-ci ildən, Ailton və Faysal isə bu mövsümün əvvəlindən "Qarabağ"ın formasını geyinib. Ağdam təmsilçisi daha öncə hücumçu Maqaye Qeye ilə vidalaşıb.