Cümə axşamı 25.04.2024

"Barselona" qələbəni əldən verdi

"Barselona" qələbəni əldən verdi

İspaniya La Liqasında 32-ci turun oyunları davam edir. Şənbə günü dörd qarşılaşma təşkil edilib.

“Barselona” “Selta Viqo”nun qonağı olub. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə iki dəfə fərqləniblər. Kataloniya klubunun qollarının hər ikisini uruqvaylı hücumçu Luis Suares (20, 65) vurub. Meydan sahiblərinin heyətində isə Fyodor Smolov (50) və İaqo Aspas (88) fərqləniblər.

Günün digər matçında “Atletik Bilbao” “Malyorka”nı 3:1 hesabı ilə məğlub edib. “Osasuna” “Leqanes”i 2:1 üstələyib. “Atletiko Madrid” isə “Alaves”ə 2:1 qalib gəlib.

Bu oyundan sonra “Barselona” klubu turnir cədvəlində 69 xalla birinci pillədə qərarlaşıb. Ondan bir oyun az keçirmiş “Real Madrid” komandası 68 xalla ikincidir.