Cümə 19.04.2024

“Real Madrid” “Espanyol”u məğlub edərək lider oldu

“Real Madrid” “Espanyol”u məğlub edərək lider oldu

İspaniya La Liqasında 32-ci turunun növbəti oyunları keçirilib. “Espanyol” lider “Real Madrid” komandasını qəbul edib. Görüş madridlilərin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.

Oyunun taleyini həll edən qol matçın 45-ci dəqiqəsində vurulub. Kərim Benzemanın ötürməsini braziliyalı Kazemiro dəqiq zərbə ilə tamamlayıb.

“Real Madrid” İspaniya La Liqasında ardıcıl beşinci qələbəsini qazanaraq xal ehtiyatını 71-ə çatdırıb. Turnir cədvəlində lider olan Madrid təmsilçisi əzəli rəqibi “Barselona”nı 2 xal fərqi ilə qabaqlayır.

“Barselona” səfərdə “Selta Viqo” komandası ilə heç-heçə edib - 2:2.